Ünvanlı dövlət sosial yardımının məbləği artıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin iyun ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artıb.

Bu barədə AzerTimes-a Dövlət Sosial Sığorta Fondundan məlumat verilib.

Bildirilib ki, əvvəl bu rəqəm 225,4 manat idisə, artımla 256,4 manata çatıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artım deməkdir.

Teqlər: