UNO-lar göydən gəlir, yoxsa Yerdən çıxır? – Alim

UNO-lar göydən gəlir, yoxsa Yerdən çıxır? – Alim

Artıq Hitlerin Almaniyada Penemünde (The Peenemünde Army Research Center) adlı xüsusi gizli elmləri öyrənən şəbəkə yaratdığı sirr deyil. Hətta onun kitabxanasının 99%-i gizli elmlərə aid olub. O, Hindistanla, Tibetlə, hindularla, Misirlə bağlı araşdırmaları oxumuş, telekinezlə, telepatiya ilə məşğul olmuş və bu sahənin tədqiqinə böyük sərmayələr sərf etmişdi. Həmin illərdə iqtisadi cəhətdən güclü inkişaf edən Almaniyada bir çox varlı şəxs tərəfindən də ona yaxşı sərmayələr yatırılırdı. Beləliklə, onlar Antraktidada xüsusi ərazini götürmüş, yerin altında öz şəbəkələrini qurmuşdu. Uçan naməlum obyektlərin istehsalına da orada başlanmışdı. Hətta ruslar Berlini tutanda bunların çertyoj və fotolarını ələ keçirmişdi.

Bu sözləri AzerTimes-a son günlərdə müxtəlif ölkələrin səmasında görünən UNO-lar haqda açıqlamasında astroloq və alim Firudin Qurbansoy deyib.

Astroloq bu naməlum obyektlərin başqa planetlərdən gəlmədiyini bildirib:

“Sadəcə, bu, Yerdəki ağıllı, bacarıqlı alimlərin quraşdırdıqları texniki vasitədir. UNO-ların bir əraziyə gəlməyi, digər əraziyə tuşlanmağı məsələsi də o qədər təəccüblü deyil. Əgər heç olmasa 50 UNO varsa, onu istənilən əraziyə yönəltmək və kəşfiyyat xarakterli fotolar çəkmək olar. Düzdür, indi buna ehtiyac yoxdur. Çünki bunu süni peyklərlə də etmək mümkündür. İstənilən halda vahimə yaratmaq, hərbi sənayedə istifadə etmək üçün UNO-lardan istifadə etmək olar. Bu mənada UNO-lar çox güclü silahdır.

Hansısa məlumatı təsdiq və ya inkar etmək siyasətin işidir. Belə ki, bir informasiya insanlara indi lazım deyilsə, onun olmadığı deyilir”.

Qeyd edək ki, fevralın əvvəlindən bu günədək müxtəlif ölkələrdə – ABŞ, Kanada, Çin, Rumıniya və Ukraynada naməlum uçan obyektlər görünüb.

Teqlər: