Universitetlərdə yeni idarəetmə

Universitetlərdə yeni idarəetmə

Azərbaycanda universitetlərin yeni idarəetmə modeli yaradılır.

Bunu təhsil naziri Mikayıl Cabbarov “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nazir birldirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir:

“Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Bu da gənclərin elmə marağını bir daha artırır”.

M.Cabbarov vurğulayıb ki, milli ali təhsilin dayanaqlılığının təmin edilməsini əsas iş kimi görürük:

“Ona görə də universitetlərin yeni idarəetmə modelini yaradırıq. Ölkədə bu günə qədər tədris olunmayan bir sıra elmi tədqiqatla bağlı fənlərimiz var. Bu gün ölkədə savadlı alimlərimiz var. Tədqiqat universitetlərinin yaradılması ilə onların potensialından geniş şəkildə istifadə edilməsinə şərait yaradılacaq”.