Xəbər - Elçin Mehdiyev – Trend:
Ali və orta ixtisas təhsil müəssiələrində müəyyən məhdudiyyətlər nəzərdə tutulur və bu məhdudiyyətlərdən biri də ondan ibarətdir ki, auditoriyanın 70 faizindən istifadəyə icazə verilir.
AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.
O bildirib ki, əgər tələbə sayı 70 faiz limiti aşırsa, yəni tələbə sayı auditoriyadakı yerlərin 70 faizindən çoxdursa, o halda tədrisin alternativ qaydada təşkili ali təhsil müəssisələrinin öz səlahiyyətlərinə buraxılır: “Bu alternativ tədris müxtəlif qaydalarda təşkil edilə bilər. Yəni qruplar növbəli şəkildə tədrisə cəlb oluna bilər və ya zərurət yarandıqda distant formada tədris təşkil oluna bilər”.
Alterativ dərslərin təşkil olunacağı halda, müəllimlərin dərs yükünün artacağı məsələsinə gəlincə isə N.Məmmədli bildirib ki, bu məsələ təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək: “Əgər distant təhsildən söhbət gedirsə, burada müəllimlərin dərs saatında ciddi dəyişiklik olmayacaq, çünki həmin qrupun eyni vaxtda cəmlənməsi nəzərdə tutulur. Əgər növbəli şəkildə tədrisin təşkilindən söhbət gedirsə, bu halda, müəllimlərin dərs yükü arta bilər və bu da təhsil müəssisələrinin özləri tərəfindən tənzimlənəcək”.
Twitter: @ElchinMehdiyev