Bakıda universitetdə ölüm hadisəsi baş verib.
Hadisə Azərbaycan Dövlət Pedaqoji Universitetində qeydə alınıb. Orada laborant işləyən 64 yaşlı Arzu Ağəli qızı Əliyeva qəfildən keçinib. Onun ürək tutmasından öldüyü bildirilir.
Faktla bağlı tibbi ekspertiza təyin edilib, araşdırma aparılır.