Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə
bağlı ərizələrin qəbulu 2022-ci il martın 4-dən başlayıb və 17-dək
internet vasitəsilə aparılır.
Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, indiyə qədər
ümumilikdə 22917 abituriyent öz ərizəsini təsdiq edib.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları
iştirak edirlər.
İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə
qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika
bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi
kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi
kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət
İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə
(eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin
elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər
(etdirirlər).
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə
olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla
həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə
məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması
təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda
göstərilir):
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə
bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli
olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim
etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq
etdirirlər.
SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu
ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə
şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi
hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə
qəbulu haqqında elan Ali TM”) tanış olmaq mümkündür.
Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam
mətni ilə buradan tanış olmaq mümkündür.