Universitet tələbələri ilə peşəyönümü məsləhət görüşləri keçirilib (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən “Tələbə
inkişaf platforması” çərçivəsində Gəncə və Mingəçevir şəhərlərində
universitet tələbələri üçün peşəyönümü məsləhət görüşləri
keçirilib.

Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya
Universiteti, Mingəçevir Dövlət Universitetində keçirilən
görüşlərdə tələbələrə “Tələbəlik illərində 5 səhv”, “Karyera
planlamasında mən” və “Dəyərini indidən artır” kimi mövzularda
təqdimatlar edilib. Görüşlərdə ümumilikdə 207 tələbə iştirak
edib.

Qeyd edək ki, “Tələbə inkişaf platforması” çərçivəsində digər
universitetlərdə də bu cür görüşlərin keçirilməsi nəzərdə
tutulub.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin
məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını
inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək
göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi
məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi
vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə
və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı
mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz.

Teqlər: