Universitet prorektoru vəfat edib

Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fəxrəddin Həsən oğlu Məmmədov vəfat edib.

Universitetdən AzerTimes-a verilən məlumata görə, Fəxrəddin Məmmədov 1950 – ci ildə Ermənistanın Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmiş və müxtəlif vəzifələrdə çalışmışdır. O, Milli Elmlər Akademiyasının Mexanika – Riyaziyyat İnstitutunda, Azərbaycan Dövlət Aqrar Universitetində kiçik elmi işçi, assistent, dosent vəzifələrində işləmiş, texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdur. Sonralar Gəncə Dövlət Universitetində dosent, riyaziyyat – informatika fakültəsində dekan müavini, fakültə dekanı və 2014-cü ildən Universitetin birinci prorektoru vəzifələrində çalışmışdır.


Universitetin 80 illik Yubileyində Dövlət Başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Müəllimi” Fəxri adına layiq görülmüşdür. Gəncə Dövlət Universitetinin inkişafında, tərəqqisində, nüfuzunun yüksəldilməsində xüsusi xidmətləri olmuşdur. Onun Əziz və parlaq xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

Teqlər: