ABŞ “United Airlines Holdings” aviaşirkəti ölkədəki işçilərindən bu payızda koronavirusa qarşı peyvənd edilməsini tələb edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə The Wall Street Journal qəzeti şirkətin baş direktoru Skott Kirbi və İdarə Heyətinin sədri Brett Hartın əməkdaşlara ünvanlanan məktuba istinadən bildirib.
Top menecerlər işçilərin təhlükəsizliyini təmin etmək üçün bu addımı zəruri adlandırdılar və bəzi insanların narazı olduğunu ehtimal etdiklərini əlavə ediblər:
“Faktlar öz sözünü deyir: hər kəs peyvənd edildikdə təhlükəsiz şəraitində olur. Son bir il yarım ərzində Skott COVID-19-dan ölən əməkdaşların ailələrinə onlarla başsağlığı məktubu göndərdib. İşçilərimizin digər ailələrinə belə məktublar gəlməməsi üçün əlimizdən gələni etmək niyyətindəyik”.