Dünyanın aparıcı istehlak malları istehsalçılarından biri olan “Unileve”r Rusiyaya investisiyalarını dayandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şirkətin baş direktoru Alan
Coulanın açıqlamasında deyilir.
“Biz məhsullarımızın Rusiyadan idxalını və Rusiyaya ixracını
dayandırmışıq, mediaya, reklama da xərclərimizi dayandıracağıq. Biz
ölkəyə investisiya qoymayacağıq”, – deyə açıqlamada deyilir.
Eyni zamanda qeyd edilir ki, şirkət Rusiya bazarına yerli
istehsal olan qida və fərdi qulluq məhsulları təqdim etməyə davam
edəcək.