BMT-nin Uşaq Fondu (UNİCEF) Ukraynaya ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan 2 milyon dozadan çox koronavirusa qarşı peyvəndin ilk partiyasını Ukraynaya çatdırıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə UNİCEF-dən bildiriblər.
Məlumatda deyilir: “Bu gün BMT-nin Uşaq Fondu ABŞ-ın “Moderna” şirkəti tərəfindən istehsal olunan COVID-19 əleyhinə 2 000 040 doza peyvəndi Ukraynaya çatdırıb. Bu peyvəndlər ABŞ hökuməti tərəfindən qlobal COVAX fondunun vasitəsi ilə təmin edilir”.