Unibankın 7 faizlik ipoteka kampaniyası davam edir

İpoteka kreditini 1% daha ucuz əldə etməklə, kreditin
məbləğindən asılı olaraq, ümumi kredit ödənişi dövründə 10-15 min
manat əlavə faiz ödənişindən azad olursunuz. İpoteka kreditini 1%
endirimlə əldə etməklə, aylıq ödənişləriniz də 40-50 manat azalır.
Unibankın 7%-lik ipoteka krediti kampaniyası, şəxsi mənzil sahibi
olmaq istəyənlərin kredit ödənişlərini daha da sərfəli etməyə
hesablanıb. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində
“Unibank”dan ipoteka kreditlərini 1% daha aşağı faizlə – illik 7%
-lə götürə bilərsiniz. Kampaniyanın şərtləri haqda daha ətraflı
məlumatı bu linkdən (http://unbk.az/ipoteka) əldə etmək
mümkündür.

Kampaniyadan indi istifadə edin ki, ipoteka kreditləri üzrə
ayrılmış limitdən faydalananlardan olasınız!

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun
müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin
verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə
edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox
ipoteka krediti verilib.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz”
filiallarında ayrılır.


Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından
(www.unibank.az) və yaxud
Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az,
https://twitter.com/unibank,
https://www.instagram.com/unibank.az/)
əldə etmək olar.

Unibank-Sənin Bankın!

Teqlər: