Unibank KB rəhbərliyinin qərarı ilə Əfqan Baxışov Baş Hüquq və Komplayens inzibatçısı vəzifəsinə təyin olunub.
Bankdan AzerTimes-a verilən məlumata görə, o, bundan əvvəl “AccessBank”ın Baş Hüquq və Komplayens üzrə İcraçı Direktoru vəzifəsində çalışıb. Əfqan Baxışov Bakı Dövlət Universitetində və İngiltərənin Mançester Universitetində hüquq sahəsi üzrə təhsil alıb.
Ə.Baxışov Maliyyə Bazarlarına Nəzarət Palatasında, Azərbaycan Respublikasının Təhsil Nazirliyində müxtəlif sahələrdə idarəedici vəzifələrdə işləyib.
Əfqan Baxışov eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.