Bu gün bir çox “Unibank” müştərilərinin kart hesabına 900 manat pul köçürülməsi, daha sonra isə geri qaytarılması barədə məlumatlar yayılıb.
Məsələ ilə bağlı AzerTimes-ın sorğusuna cavab olaraq “Unibank”dan bildirilib ki, köçürülmə texniki problem səbəbindən yaranıb:
“Texniki problemlə bağlı bəzi müştərilərin balansına səhvən pul yüklənib. Artıq problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib”.