Unibank 2021-ci il ərzindəki fəaliyyətinə görə
mükafatlandırılıb. Bank, Azərbaycan Banklar Assosiasiyasının
ənənəvi “Bankçılıq Mükafatları –2021” mükafatının qalibləri
siyahısındadır. Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi
dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, “Unibank”ın
fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və
qazilərlə bağlı həyata keçirdiyi sosial layihələrə görə, Unibank
2021-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyasının
qalibi olub. Müxtəlif universitet tələbələri ilə bağlı
reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank “Ən fəal
təhsil dəstəkçisi” nominasiyası üzrə təltif edilib. Ənənəvi
bankçılıqdan elektron bankçılığa keçid, rəqəmsallaşma ilə bağlı
çoxsaylı layihələrin tətbiqi “Unibank”ı “Elektron Bankçılıq”
nominasiyası üzrə qaliblərdən biri edib.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın
paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 ilə
yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial
layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar
tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank- Sənin Bankın!