Unibank ipoteka faiz dərəcəsini endirib

“Unibank”da ipoteka kreditləri indi daha sərfəli olub. Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini 7%-ə endirib. Avqustun 15-dək davam edən kampaniya çərçivəsində müraciət edən şəxslər, ipoteka kreditini 1% daha aşağı faizlə əldə edəcəklər. Bu kampaniya həm müştərilərin aylıq ödənişlərinin, həm də faiz ödənişlərinin azalmasına imkan yaradacaq.

İllərdir arzuladığın mənzili daha sərfəli kredit şərtləri ilə almaq üçün əsl fürsətdir. Kampaniyadan indi istifadə et ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasan!

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Həmin tarixdən bu günədək 2000-ə yaxın müştəriyə ipoteka krediti ayrılıb. Bu müddətdə verilən kreditlərin ümumi həcmi 57 milyon manatı ötüb.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.


Unibank-Sənin Bankın!

Teqlər: