Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)

İndi “İnşaatçılar” metrostansiyası ətrafında və yaxın ərazilərdə yaşayan sakinlər “Unibank”ın daha rahat və geniş filialının xidmətindən istifadə edəcəklər. Yeni ünvanda və yeni konsepsiya əsasında təmir edilən filial həm biznes, həm də pərakəndə müştərilərə xidmət edəcək.

https://www.youtube.com/watch?v=U7GCto8j6UQ&feature=youtu.be

Müştərilərə daha geniş, daha şəraitli bir məkanda xidmət üçün “İnşaatçılar” filialının köçdüyü yeni ünvan əvvəlki ünvandan uzaq deyil. “İnşaatçılar” metrosunun yanında- Şərifzadə küçəsi 174 ünvanında yerləşən filial, elə köhnə filialla üzbəüz yerləşir. Daha geniş gözləmə zalı və çoxsaylı monitorların quraşdırıldığı filial, müştərilərə xidmətin intensivliyini artıracaq. Yenilənmiş filialda müştərilərə bütün bank xidmətləri göstərilir. Fililiala gələn müştərilər hesablaşma-kassa əməliyyatları, əmanət rəsmiləşdirilməsi, kredit müraciəti, plastik kart sifarişi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətlərindən yüksək keyfiyyətlə istifadə edə biləcəklər. Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 7/24 müştərilərin xidmətində olan ATM və ödəmə terminalı quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, fəaliyyət göstərir.


Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/ https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!

Teqlər: