Unibank biznes üçün bütün kartları, hətta çatdırılmanı belə pulsuz etdi

Sahibkarların həmişə yanında olan Unibank, daha bir kampaniya
keçirir. Bu kampaniya çərçivəsində sahibkarlar bütün biznes
kartlarını və əmək haqqı kartlarını “Unibank”dan pulsuz sifariş edə
biləcəklər. İnternet bankçılıq vasitəsilə sifariş edilən kartların
Bakı və Abşerona çatdırılması da ödənişsiz olacaq. Kampaniyadan
faydalanmaq istəyən biznes sahibləri biznes və əmək haqqı
kartlarını bu linkdən https://online.unibank.az/corporate/
sifariş edə bilərlər.

Xatırladaq ki, Unibank biznes sahibləri üçün təqdim etdiyi
xidmətlərin əksəriyyətini onlayn edib. Sahibkarlar xeyli müddətdir
ki, biznes kartların sifarişini çox rahat şəkildə, filiallara
gəlmədən İnternet banking vasitəsilə edərək, hazır kartı öz
ünvanlarında qəbul edə bilirlər. Unibank müştərisi olmayan
sahibkarlar da onlayn müraciətlə Biznes kart sifariş edə bilərlər.
Bunun üçün onlar əvvəlcə “Unibank”da Onlayn hesab açmalıdırlar. Bu
zaman avtomatik olaraq İnternet Banking və Mobile Banking
xidmətlərinə qoşulan sahibkar, Biznes kartı onlayn sifariş edə
bilər. “Unibank”ın Biznes kart məhsulu kart hesabına 24/7 onlayn
daxil olmaq, əməliyyatlar aparmaq, pul köçürmək, dünyanın istənilən
yerindən pul vəsaitini almaq imkanı qazandırır.

“Unibank”ın biznes sahiblərinə təqdim etdiyi rəqəmsal xidmətlər
siyahısında banka gəlmədən onlayn hesab açmaq, tranş kredit
xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB-yə
qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq, onlayn əmək
haqqı layihəsinə qoşulmaq və digər xidmətlər də var.

Sahibkarlar “Unibank”ın məhsul və xidmətlərindən filiallarda
istifadə etmək istəsələr, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara
Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”,
“Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə
də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Bankın
biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117
nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index)
əldə etmək olar.

Unibank- Sənin Bankın!

Teqlər: