Unibank ADA Universitetində keçirilən karyera həftəsində iştirak edir (FOTO)

Unibank əməkdaşları “Karyera həftəsi” çərçivəsində ADA
Universiteti tələbələrinə müxtəlif mövzularda seminarlar
keçəcəklər. 18-27 aprel tarixlərində keçirilən “Karyera həftəsi”nin
məqsədi, tələbələri mövcud karyera trendləri, vakansiyalar
barəsində məlumatlandırmaq və potensial işəgötürənlərlə əlaqə
qurmaqdır. Seminarlar çərçivəsində tələbələrə lazımlı və xüsusilə
sənaye iş sektorları üçün tələb olunan çətin bacarıqlar haqqında
məlumat veriləcək. Bir həftə boyunca “Unibank”ın müxtəlif rəhbər
şəxsləri və əməkdaşları ADA tələbələrinə emosional intellektin
rolu, sənaye haqqında anlayışlar, ideyalar, müsahibə zamanı
danışıq, etika bacarıqlar, müvəffəqiyyət üçün bacarıqların
artırılması və iş etikası, sahibkarlıq və innovasiyalar, brendinq
və rəqəmsal dünya mövzularında seminarlar keçəcəklər. Sonda yekun
qiymətləndirmələr və müsahibələr olacaq, qaliblər
mükafatlandırılacaq.

Xatırladaq ki, ötən ay “Unibank” KB ilə ADA Universiteti
arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən,
tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini
təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı
inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində
birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra
edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət
proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı
maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.

Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində
iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil
ediləcək, Bankın əməkdaşları isə ADA tərəfindən təşkil edilən
İxtisasartırma proqramlarında iştirak edəcəklər.

Unibank- Sənin Bankın!

Teqlər: