BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhaliyə humanitar yardımlarını davam etdirir.
AzerTimes-ın məlumatına görə, bu dəfə UNFPA Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Göygöl, Goranboy, Gəncə və Mingəçevirdə yaşayan və həssas əhali qrupuna aid olan qadın və qızları 1400 fərdi yardım dəsti ilə təmin edib.
Qeyd olunan yardım dəstləri əsasən qadın və qızlar üçün gündəlik gigiyenik vasitələr, eləcə də COVID-19 xəstəliyinin profilaktikası üçün nəzərdə tutulan ləvazimatlardan ibarətdir.