UNEC SABAH məzunları dünya əmək bazarına uğurla inteqrasiya edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH məzunları xarici əmək bazarına uğurla inteqrasiya edirlər.

Belə ki, UNEC-in 60-a yaxın SABAH məzunu ABŞ, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Polşa, Macarıstan, Latviya, BƏƏ, Malta, Estoniyanın və digər ölkələrin nüfuzlu yerli və beynəlxalq şirkətlərində fəaliyyətlərini davam etdirirlər. Məzunlar əsasən, Təhsil Nazirliyinin xarici təhsil proqramları müsabiqəsinin qalibləri olan və təhsilin magistratura pilləsini həmin ölkələrdə bitirən gənclərdir. Bir neçə məzun isə distant olaraq xarici ölkə şirkətlərində əmək fəaliyyəti ilə məşğul olurlar.


2014-cü ildən fəalliyət göstərən UNEC SABAH mərkəzi akademik biliklərini karyera imkanına çevirə bilən məzunlar yetişdirərək, dünya əmək bazarına savadlı, bacarıqlı və hazırlıqlı insan kapitalı ixracını uğurla aparır.

Teqlər: