UNEC SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyeva və həmin
fakültənin 15 tələbəsi Macarıstanın Budapeşt Texnologiya və
İqtisadiyyat Universitetinin dəvəti ilə işgüzar səfərdə
olublar.
Fakültə inkişaf proqramı çərçivəsində Budapeşt Texnologiya və
İqtisadiyyat Universitetinin İqtisadi Sosial Elmlər fakültəsində
işgüzar səfərdə olan UNEC SABAH heyətinə universitet barədə geniş
ətraflı məlumat veriblər.
Fakültə dekanı Dr.Tamas Koltai UNEC SABAH məzunlarının həmin
universitetdə magistratura pilləsində təhsillərini davam
etdirdiklərini diqqətə çatdıraraq, məzunların biliyinin yüksək
olmasının onların xüsusi marağına səbəb olduğunu və bu səbəbdən də
UNEC SABAH heyətini universitetə dəvət etdiklərini deyib.
Səfər çərçivəsində SABAH tələbələri magistr təhsili alan
beynəlxalq qrupların tədris prosesində iştirak ediblər.
SABAH mərkəzinin rəhbəri dosent Aida Quliyeva isə həmin ingilis
dilli beynəlxalq qruplarda “Azərbaycan iqtisadiyyatının müqayisəli
təhlili” (“Comparative analysis of Azerbaijan economy”) mövzusunda
mühazirələr oxuyub, fakültə inkişafı ilə bağlı işgüzar görüşlərdə
iştirak edib.
Səfərin sonunda dekan və tələbələrə sertifikatlar təqdim
olunub.