UNEC İqtisadi Forumun təşkilatçıları və tələbə könüllülər mükafatlandırıldı (FOTO)

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Zəfər yolu” adlı “UNEC İqtisadi Forumu 2021″in təşkilatçılarının və tələbə könüllülərin mükafatlandırılması mərasimi keçirilib.

UNEC rektoru professor Ədalət Muradov İqtisadi forumun yüksək səviyyədə təşkil olunmasında iştirak edən əməkdaşlara və tələbə könüllülərə təşəkkürünü bildirərək, forumun ölkədə böyük rezonans doğurduğunu deyib. İqtisadi forumda ölkənin gələcək inkişafı ilə bağlı mühüm əhəmiyyət kəsb edən ciddi müzakirələrin aparıldığını, eləcə də nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrinin bağlandığını diqqətə çatdıran rektor, beynəlxalq müzakirə platformalarının yaradılmasının və sayının artırılmasının UNEC-in əsas hədəflərindən biri olduğunu qeyd edib.

Rektor tələbə könüllülərin forumda göstərdikləri dəstəyi yüksək qiymətləndirərək, onların məsuliyyətli davranış nümayiş etdirdiklərini bildirib. Həmçinin yerli və xarici qonaqların forumda komanda işinin yüksək təşkilini xüsusi vurğuladıqlarını diqqətə çatdırıb.


Sonra tələbə könüllülərə və forumun təşkilat komitəsinin üzvlərinə UNEC-in təşəkkürnamələri təqdim olunub.

Teqlər: