UNEC-in növbəti beynəlxalq konfransı: “Davamlı inkişafın sosial-iqtisadi problemləri”

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti və ESD (Economic Social Development) təşkilatının “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda Beynəlxalq elmi konfransı keçiriləcək.

Bu, ESD-nin 70-ci, ESD ilə UNEC-in birgə keçirdiyi 3-cü konfransıdır.

Konfransın açılışında UNEC rektoru professor Ədalət Muradov, təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula və millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edəcəklər.

Konfrans saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalı üzərindən canlı yayımlanacaq.

ESD Beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır. Konfransa qəbul olunan məqalələr “Web of Science” və “EconLit” kimi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilir.

Konfransda dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarusiya və s.) tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Təşkilat komitəsinə təqdim olunmuş 160-dan çox məqalə konfransın Elm Komitəsi tərəfindən qəbul edilib.

Teqlər: