UNEC-in gənc müəlliminin kitabı Türkiyənin beynəlxalq nəşriyyatında nəşr olunub (FOTO)

UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru dosent Fariz Əhmədovun Türkiyədə “Ulusal Rekabet Gücü Teorileri ve Ölçülmesi” adlı kitabı nəşr olunub.

Kitabda milli rəqabət gücü ilə bağlı klassik və müasir nəzəriyyələrdən, eləcə də milli rəqabət gücünü müəyyənləşdirən amillər, ölçülmə metodları və əsas indikatorlardan bəhs olunur.

Kitabın nəşr olunduğu Gece Kitaplığı Yayınevi beynəlxalq statusla fəaliyyət göstərir və nəşrləri Harvard, Oksford, Kolimbiya, Stanford, Yale Universiteti, Massaçusets Texniki İnstitutu və s. bu kimi məşhur universitetlərin akademik bazalarında yerləşdirilməkdədir.

Fariz Əhmədovun “Ulusal Rekabet Gücü Teorileri ve Ölçülmesi” kitabının da həmin bazalarda yer alması nəzərdə tutulub.

Teqlər: