UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib

UNEC-in SABAH Mərkəzinin rəhbəri, dosent Aida Quliyeva dünyanın 2-ci onlayn platforması olan EC 21 təşkilatına ekspert qismində dəvət edilib.

AzerTimes-ın məlumatına görə, Cənubi Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitunun (Koreya İnstitute for İnternational Economic Policy) EMERİCs layihəsini təmsil edən və Cənubi Koreyada 1-ci, dünyada isə 2-ci olan B2B on-line platforması olan EC21 təşkilatı əsasən Koreyanın dövlət institutları və 300-dən çox KİV-lə əməkdaşlıq edir. Təşkilatın əsas fəaliyyəti dünyanın iqtisadçı alimlərinin tədqiqat və araşdırmalarıdır.

Həmin təşkilata ekspert alimlər beynəlxalq səviyyəli məqalələrinə və apardıqları tədqiqatlara əsasən seçilirlər.

Teqlər: