UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev və Azərbaycanda iqtisadi islahatlar: nəticələr və perspektivlər” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib.

Konfransda UNEC-in rektoru, professor Ədalət Muradov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və universitetin professor-müəllim heyəti iştirak edib.

Rektor, professor Ədalət Muradov konfransda ulu öndərin Azərbaycanda həyata keçirdiyi iqtisadi islahatar, bu islahatlar nəticəsində ölkənin əldə etdiyi uğurlar və gələcək imkanları barədə məruzələrin dinləniləcəyini və müzakirələrin aparılacağını deyib. Konfransa 100-ə yaxın məqalənin təqdim edildiyini diqqətə çatdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb. Komitə sədri Azərbaycanın uğurlu inkişafının məhz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində təmin edildiyinibildirib: “Məhz Azərbaycan dövlətinin möhkəm təməllər üzərində qurulmasının nəticəsidir ki, müxtəlif vaxtlarda dünyada baş verən böhranlardan Azərbaycan uğurla çıxa bilib. Ulu öndərin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan dünya dövlətləri arasında özünəməxsus layiqli yerini tutdu, demokratiya, siyasi sabitlik və tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi”. T.Mirkişili ulu öndərin müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursunun bu gün Prezident İlham Əlyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Quliyev ümummilli lider Heydər Əliyevin siyasi fəlsəfəsinin tarixi köklərindən və islahatlar konsepsiyasının hüquqi əsaslarından söz açıb. Heydər Əliyevin siyasi fəlsəfəsinin kökündə xalqımızın tarixinin qan yaddaşının olduğunu, dahi şəxsiyyətin özünəqədərki tarixi hadisələri və şəxsiyyətləri araşdırdığını və tarixi sərkərdələrin siyası baxışlarından bəhrələndiyini deyib. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizin ulu öndərin Azərbaycan xalqına ən böyük töhfəsi olduğunu deyən komitə sədri, bu zəngin mirasın ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət nəticəsində sürətlə inkişaf etdiyini vurğulayıb.


UNEC-in rektoru, professor Ədalət Muradov hər bir xalqın gücünün onun iqtisadi potensialından asılı olduğunu bildirərək, Azərbaycanın iqtisadi potensialının güclənməsinin məhz Heydər Əliyev strategiyasının reallaşdırılması nəticəsində mümkün olduğunu deyib. Ümummilli liderin bizə miras qoyub getdiyi zəngin irsinin tədqiq edilməsinin vacibliyinə diqqət çəkən rektor, bu istiqamətdə UNEC alimlərinin qarşısında mühüm vəzifələr durduğunu qeyd edib. Rektor ulu öndərin anadan olmasının 98-ci ildönümünün müstəqilliyimizin 30 illiyinə təsadüf etdiyini, bu əlamətdar günün Qarabağda, bütövləşən Azərbaycanda qeyd edilməsini əlamətdar hadisə adlandırıb: “Ulu öndər ölkəmizin müstəqilliyini və suverenliyini qoruyaraq bizə ötürdü. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız ərazi bötüvlüyünü bərpa etdi və dünyaya göstərdi ki, müqəddəs saydığımız torpaqlarımız üçün hər zaman canımızı qurban verməyə hazırıq”. Rektor UNEC-də müstəqilliyimizin 30 illiyi ilə bağlı müxtəlif sahələr üzrə tədqiqatların aparılcağını, alimlərin məqalələrinin, tədqiqatlarının dünya elm ictimaiyyətində ciddi marağa səbəb olacağından əminliyini ifadə edib.

Sonra UNEC-in kafedra müdiri, professor Məhiş Əhmədov “Ulu öndər Heydər Əliyev Azərbaycanda milli iqtisadiyyatın formalaşması və inkişafı konsepsiyasının banisidir” mövzusunda çıxış edib.

Konfrans öz işini 6 bölmə iclasında davam etdirib.

Teqlər: