UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb

UNEC-də ölkənin dayanıqlı sosial inkişafına və yaşıl iqtisadiyyata dəstək olmaq, eləcə də “Nizami Gəncəvi ili”nə töhvə vermək məqsədilə Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb.

UNEC-dən AzerTimes-a verilən məlumata görə, mərkəzdə yerli və xarici ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət və özəl sektor, eləcə də qeyr- hökümət təşkilatları ilə birlikdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə beynəlxalq layihələrdə iştirak etmək, bu sahədə tədqiqatlar aparmaq, təlimçi və mütəxəssislər yetişdirmək və s. nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycan Respublikası Prezident Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, Avropa İttifaqının dəstəyi və OECD-nin əlaqələndiriciliyi və UNEP, UNIDO, UNECE və WB iştirakı ilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yaşıl iqtisadiyyat sahəsində yerli əlaqələndiricilərin iştirakı ilə görüşlər keçirilib.

Xatırladaq ki, “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda təşkil edilmiş magistr və doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı çərçivəsində “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri” mövzusuna həsr olunan “workshop”un davamı və nəticəsi olaraq UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təsis edilməsi qərara alınmışdı.

Teqlər: