UNEC-də “Bir ideyam var” layihəsinin təqdimatı keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Karyera
mərkəzinin dəstəyi və Kapital Bankın təşkilatçılığı ilə tələbələr
arasında “Bir ideyam var” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə UNEC-in müəllim-tələbə heyəti və Kapital Bankın
nümayəndələri iştirak ediblər.

UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov
layihənin əhəmiyyətindən danışaraq, tələbələrə bu istiqamətdə fəal
olmağı tövsiyə edib.

Sonra Kapital Bankın nümayəndələri Məhəmməd İbrahimov və Azadə
Hacıyeva təmsil etdikləri bankın fəaliyyət istiqamətləri,
vakansiyalar, təcrübə proqramları, layihələr barədə tələbələrə
məlumat veriblər.

“Bir ideyam var” layihəsi barədə təqdimatla çıxış edən bankın HR
üzrə biznes partnyoru Günay Məmmədrəsulzadə bildirib ki, layihə
bakalavrın sonuncu kurs və magistr tələbələrinə şamil olunur və
innovativ texnologiyaların bank sahəsində tətbiqi, bank üçün yeni
rəqəmsal məhsul və xidmət təklifləri, xidmət səviyyəsinin
yüksəldilməsi kimi mövzuları əhatə edəcək. Layihəyə son müraciət
tarixi 10 apreldir. Qaliblərə Kapital Bankdan pul mükafatı,
sertifikat təqdim olunacaq və bankda təcrübə keçmək imkanı əldə
edəcəklər. Bankın nümayəndəsi Fidan Hüseynova isə “Agile” (çevik)
metodu, ümumi prinsipləri və faydaları barədə danışıb.

Tədbirdə tələbələr arasında Kapital Bankın fəaliyyəti ilə bağlı
sorğu keçirilib. Sorğuda fəal işirak edən 3 tələbə bank tərəfindən
mükafatlandırılıb.

Teqlər: