UNEC-də Beynəlxalq İngilis Dili Günü qeyd olunub (FOTO)

UNEC-də Beynəlxalq İngilis Dili Gününə həsr olunan
əyləncəli-bədii proqram təşkil olunub.

Xarici dillər kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə
tələbə və müəllimlər ingilis dilində maraqlı səhnəciklər qurublar,
mahnılar və şeirlər səsləndiriblər.

Tədbirin aparıcıları kafedranın dosenti Aysel Xəlilova və
Prezident təqaüdçüsü Kamran Mustafayev olub. Müəllimlərdən dosent
Aysel Xəlilova “İngilis dili dərsi” adlı səhnəcikdə çıxış edib,
Kəmalə Seyfiyeva “When we too partied” adlı şeirini səsləndirib,
Əminə Fərzəliyeva isə musiqi parçası ifa edib. Beynəlxalq
İqtisadiyyat Məktəbinin (ISE) tələbələrinin ingilis dilində
səhnələşdirdikləri “Xoshgadam Show” auditoriyanın marağına səbəb
olub.

Bədii hissədən sonra Xarici dillər kafedrasının müdiri professor
Afət Abbasova maraqlı çıxışlar üçün tələbə və müəllimlərə
təşəkkürünü bildirib, tədbirin ənənəvi olaraq hər il keçiriləcəyini
diqqətə çatdırıb.

Teqlər: