Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıya gəlib.
AzerTimes Teleqraf.com-a istinadən xəbər verir ki, Ünal Üstel Şuşa şəhərində keçiriləcək “Türk Dövlətləri: Geostrateji Reallıqlar və Qlobal Fəlakətlər Kontekstində Yeni Strateji Məqsədlərə Doğru” adlı beynəlxalq konfransın rəsmi açılış mərasimində iştirak edəcək.
Konfransda çıxış edəcək Ünal Üstel həmçinin digər Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi partiya liderləri və nümayəndələri ilə də görüşlər keçirəcək.
Azərbaycanda ikitərəfli təmaslar keçirəcək Ünal Üstel ulu öndər Heydər Əliyevin məzarını və türk şəhid məzarlığını ziyarət edəcək.