Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyi münasibəti ilə Abşeron rayonunun bütün kənd və qəsəbələrində genişmiqyaslı ağacəkmə kampaniyası keçirilib.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə, idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər. Ruhuna hörmət və ehtiramlarını bildirdilər. Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkından başlayaraq bütün rayon üzrə həyata keçirilən geniş ağacəkmə aksiyasına start verilib.
Kampaniyaya qoşulan rayon rəhbərliyi bir-neçə kənd və qəsəbədə olub, sakinlərlə birlikdə ağac və güllər əkib.
Məlumat üçün bildirək ki, kompaniya çərçivəsində Abşeronun müxtəlif ərazilərində 2 minə qədər həmişəyaşıl ağac, qızıl gül kolları və mövsümü güllər əkilib.