Ümumi Təqaüd Sxemi (A1201) çərçivəsində “ICCR” Təqaüd Yerlərinin Elanı

2022-2023-cü tədris ili

Hindistanın Bakıdakı Səfirliyi 2022-2023-cü tədris ili üçün
Hindistanın Mədəniyyət Məsələləri üzrə Şurasının (ICCR) yenidən
hazırlanmış Ümumi Təqaüd Sxeminə (A1201) əsasən Hindistan
Universitetlərində/İnstitutlarında təqaüd proqramlarını elan
etməkdən məmnunluq duyur.

Hindistanın Mədəniyyət Məsələləri üzrə Şurasının A2A Portalı
(www.a2ascholarships.iccr.gov.in/) qəbulu 10 fevral 2022-ci ildə
açıq elan edib. Ərizəçilər tərəfindən müraciətlərin təqdim edilməsi
üçün son tarix 30 aprel 2022-ci ildir.

Maraqlanan şəxslər müraciət etmək üçün aşağıda qeyd olunanlara
diqqət yetirməlidirlər:

1. Ərizəçilər beş Universitet/İnstituta öz seçimləri üzrə təhsil
almaq üçün müraciət etmək imkanına malikdirlər. Qəbul, mümkün
qədərilə, ərizəçinin istəyinə uyğun olaraq aparılır. Bununla belə,
təklif olunan yerlərin sayının məhdud olması səbəbindən
ərizəçilərin seçdikləri Universitetlərə/İnstitutlara qəbul
olunmamaları da mümkündür. Buna görə də ərizəçilər seçdikləri beş
universitetdən hər hansı birindən qəbula hazır olmalıdırlar.

2. 2022-2023-cü akademik ili üçün ingilis dili biliyini müəyyən
etmək məqsədilə ingilis dilində 500 sözdən ibarət esse yazılması
tələbi tətbiq olunub. Bundan əlavə, olduğu təqdirdə, tələbələr
TOEFL/IELTS və s. standartlaşdırılmış test ballarını təqdim edə
bilərlər. “ICCR” həmçinin, tələb olunarsa,
universitetlərdən/institutlardan ərizəçilərlə onlayn müsahibə
keçirməyi xahiş edir. Qəbul olunmamış namizədlərə Universitetlər
tərəfindən məlumat veriləcək.

3. Maraqlanan şəxslərə qəbul üçün müraciət etməzdən əvvəl təklif
olunan kurslar, uyğunluq şərtləri və Universitet/İnstitut haqqında
ümumi məlumat almaq məqsədilə mütəmadi olaraq müvafiq
Universitetin/İnstitutun veb-saytını ziyarət etmələri tövsiyə
olunur. Tələbələr kursa uyğun olduqlarını və uyğunluq meyarlarına
cavab verdiklərini müəyyən etməli və ərizə formasında qeyd olunan
əsas sertifikatlara əlavə olaraq Universitetlər tərəfindən tələb
olunan müvafiq sənədləri təqdim etməlidirlər. Onlara, həmçinin
Universitetin Məlumat Kitabçası/Universitet Qrant Komissiyasının
veb saytı və s. ilə tanış olmaq tövsiyə olunur.

4. Qeyd etmək lazımdır ki, Mühəndislik və Texnologiya üzrə
Bakalavriatura kursları, eləcə də Mühəndislik kursları üçün
namizədin 11 və 12-ci siniflərdə Fizika, Kimya və Riyaziyyat
fənləri üzrə təhsil alması məcburi tələbdir. Hər təhsil səviyyəsi,
yəni 10 və 10+2 ekvivalent məktəb təhsili səviyyəsi üçün qiymət
vərəqəsi ingilis dilində transkriptlərlə birlikdə təqdim
olunmalıdır. Orijinal sənədlər ingilis dilində deyilsə, sənədlərin
ingiliscə tərcüməsi olmadan ərizəyə baxılmayacaq. Onu da qeyd etmək
lazımdır ki, tam doldurulmamış ərizələr Universitetlər tərəfindən
birmənalı şəkildə rədd edilə bilər. Ərizəçilərə müraciət etməzdən
əvvəl ərizələrini hərtərəfli yoxlamaq və lazımi sənədləri əlavə
etmək tövsiyə edilir.


5. Hindistan Universitetlərinə/İnstitutlarına qəbul zamanı
ərizəçinin yaşı 18-ə çatmış olmalı və 30-dan çox olmamalıdır.

6. 2022-2023-cü tədris ili üçün tibb, feldşer (tibb
işi/fizioterapiya/anesteziya və s.), moda elmləri, hüquq, eləcə də
inteqrasiya edilmiş Bakalavriatura (5 illik), Elm üzrə
Bakalavriatura və Elm üzrə Magistraturaya (5 illik) və s. qəbul
aparılmır.

7. Elm kursları üçün kimyəvi laboratoriya maddələri və digər
əlaqədar xərclər alimlərin özləri tərəfindən ödəniləcək.

8. Bütün “ICCR” təqaüd tələbələri illik olaraq minimum 500,000
Hindistan Rupisi məbləğində Tibbi Sığorta əldə etməlidirlər.
Ərizəçilər Hindistana çatmazdan əvvəl və ya çatdıqdan dərhal sonra,
hansı əlverişlidirsə, tibbi sığortaya malik olmalıdırlar. Tələbələr
seçdikləri sığorta şirkətlərindən tibbi sığorta ala bilərlər.
Bununla belə, prosesi asanlaşdırmaq üçün yönləndirmə məqsədi ilə
iki sığorta şirkəti təklif olunur. Qarşıdan gələn 2022-2023-cü
tədris ili üçün “ICCR” təqaüdü çərçivəsində tibbi sığorta
siyasətinə dəyişikliklərlə bağlı yenidən hazırlanmış normalarla A2A
Portalında (www.a2ascholarships.iccr.gov.in/) tanış olmaq olar.

9. Əcnəbi tələbələrin təhlükəsizliyini təmin etmək üçün “ICCR”
onlara kampus yataqxanasında (əgər mümkündürsə) yaşamağı tövsiyə
edir. Bununla belə, müvafiq institut onun yataqxanasında qalmaqda
israr etmirsə, tələbələrin fərdi yaşayış yerlərində qalmasına icazə
verilir.

10. Azərbaycandan olan tələbələr “ICCR”ın A2A (Admission to
Alumni – www.a2ascholarships.iccr.gov.in/) təqaüd portalına baş
çəkə bilərlər. Onlayn müraciətlər A2A Portalı vasitəsilə təqdim
olunmalıdır. Bu təqaüdləri tənzimləyən prosedurlar və normalar
haqqında www.a2ascholarships.iccr.gov.in saytında məlumat əldə
etmək olar.

Teqlər: