Xəbər - Humay Ağacanova – Trend:
Ən çox sülhə ehtiyacın olan bu zamanda, rusiyalı və ukraynalı
həmkarlarım Lavrov və Kuleba ilə üçlü formatda görüşdük.
Trend-in məlumatına görə, bunu Türkiyə xarici işlər naziri
Mövlud Çavuşoğlu “Twitter” hesabında bildirib.
O qeyd edib ki, ümidimiz bölgəmizdə sülhü bərpa etməkdir.
“Biz Rusiya ilə Ukrayna arasında diplomatiyanın işləməsi üçün
səylərimizi davam etdirəcəyik”, – deyə əlavə edib.