Ümid Karan həbs edilib? – Özü danışdı

Ümid Karan həbs edilib? – Özü danışdı

16:06

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Ümid Karan barəsində yayılan həbs qərarı ilə bağlı açıqlama verib.

AzerTimes xəbər verir ki, o bu barədə sosial şəbəhə hesabında paylaşım edib.

“2015-ci ildən qalma məhkəmə işim var idi. Bu gün vəkillərimlə məhkəmədə işimi həll etdim. Həbsdə deyiləm”, – sabiq futbolçu bildirib.

Qeyd edək ki, daha əvvəl Ü.Karanın 1 il 9 ay müddətində həbs olunması ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, sabiq futbolçu 2001-2009-cu illər arasında “Qalatasaray”da çıxış edib. Hazırda telekanalların birində ekspert kimi fəaliyyət göstərir.

Teqlər: