Ermənistanla Azərbaycan arasında yaxın vaxtlarda sülh müqaviləsinin imzalanacağına ümidvarıq.
AzerTimes xəbər verir ki, bunu BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşündə deyib.
O, danışıqlar prosesində məsələlərin 80 faizdən çoxunun razılaşdırılmasını məmnunluqla qeyd edib.
Azərbaycan ilə BMT-nin Cenevrədəki ofisi arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini vurğulayan T.Valovaya iki il əvvəl Heydər Əliyev Mərkəzində özünün təşəbbüsü, Heydər Əliyev Fondunun, İsveçrə Qadın və Gücləndirmə Assosiasiyasının dəstəyi ilə “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərginin təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb.