Ümid edirəm ki, ABŞ-da prezident Donald Trampın andiçmə mərasimindən sonra Gürcüstanın AB ilə münasibətləri xeyli dəyişəcək.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Biz yanvarın 20-nə, ABŞ-ın yeni prezidentinin andiçmə mərasiminə qədər gözləyəcəyik və ümid edirik ki, bu, Gürcüstanın ABŞ və AB ilə münasibətlərini əhəmiyyətli dərəcədə dəyişəcək. İndiki administrasiya ilə problemlər olduğu şəraitdə bu, Gürcüstanla AB münasibətlərinə də birbaşa təsir edirdi. Buna uyğun olaraq, biz ümid edirik ki, yeni prezidentin andiçməsindən sonra Gürcüstanın AB ilə münasibətləri əhəmiyyətli dərəcədə dəyişəcək”, – Kobaxidze bildirib.
Onun sözlərinə görə, Gürcüstan Avropa Birliyi ilə münasibətləri yaxşılaşdırmağa hazırdır və konstitusiyada qeyd olunduğu kimi, AB-yə inteqrasiya ölkənin əsas xarici siyasət marağı olaraq qalır.