Türkiyə hakimiyyəti iyulun 17-də müddəti bitəcək Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasına ümid edir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cövdet Yılmaz bildirib.
“Biz sazişin yeni müddətə uzadılması üzərində işi davam etdiririk. Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri bu mənada qiymətləndirilə bilər. Ümid edirəm ki, müsbət nəticələr olacaq”, – Yılmaz qeyd edib.
Bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarının avqustda Türkiyəyə səfərinin mümkünlüyünü açıqlamışdı.