Ümid edirik ki, sabah dünya çempionatının “qızıl”ını qazanacağıq – gümüş medallar qazanan Azərbaycan gimnastları

Dünya Çempionatının növbəti finalında qızıl qazanacağımıza ümid
edirik.

Bunu şənbə günü AzerTimes-a Bakıda keçirilən akrobatika gimnastikası
üzrə 28-ci dünya çempionatının gümüş medalçıları, qarışıq cütlükdə
çıxış edən Azərbaycan idmançıları Ağasif Rəhimov və Raziyə Seyidli
deyiblər.

“Sabah bizi daha bir final gözləyir, tarazlıq hərəkətlərində
çıxış edəcəyik, ümid edirik ki, “qızıl” qazanacağıq. Hesab edirik
ki, tarazlıq hərəkətləri kvalifikasiyasında birinci yeri
tutduğumuzu nəzərə alsaq, yaxşı şanslarımız var. Çalışaq ki, bu
nəticəni finalda da təkrarlayaq”, – idmançılar bildirib.

Onlar bugünkü çıxışlarında razı qaldıqlarını vurğulayıblar.

“Təbii ki, daha yaxşı nəticə göstərmək istəyirdik, amma təəssüf
ki, kiçik səhvlərə yol verdik. Bu çatışmazlıqlar olmasaydı, nəticə
çox yaxşı olardı. Səhvlər kiçikdir, lakin təbii ki, arbitrlərin
gözündən yayınmayıb. Dünya çempionatında bütün rəqiblər güclüdür –
zəif idmançı yoxdur. Biz onlarla yarışlarda birinci dəfə deyil ki,
görüşürük. Keçən il Avropa çempionatında da demək olar ki, eyni
gimnastlar çıxış edirdi. Biz bir-birimizi yaxşı tanıyırıq, hər
birinin potensialını, bacarığını bilirik”, – atletlər qeyd
edib.

Onlar əlavə edib ki, Avropa çempionatından sonra yerinə
yetirilən olunan elementlərin səviyyəsi çətinləşdirilib.

Qeyd edək ki, hazırda dünya çempionatında Azərbaycan yığmasının
aktivində üç medal var. Ağasif Rəhimov və Raziyə Seyidli “gümüş”,
kişi cütlüyündə yer alan Daniel Abbasov və Murad Rəfiyev isə iki
“bürünc” medal qazanıblar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

Teqlər: