Ümid edirik ki, bu ölkə ilə əlaqələr yaxşılaşacaq – Putin

Ümid edirik ki, bu ölkə ilə əlaqələr yaxşılaşacaq – Putin

Londonla münasibətlərimizin indiki vəziyyəti hamıya məlumdur və ümid edirik ki, vəziyyət ölkələrimizin və xalqlarımızın mənafeyi naminə yaxşılığa doğru dəyişəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Böyük Britaniya ilə münasibətlərdən danışan Rusiya Prezidenti xatırladıb ki, bu günlərdə üç müttəfiq dövlətin rəhbərlərinin iştirakı ilə tarixi Tehran konfransının 80 illiyi qeyd olunub. Bu konfrans müasir beynəlxalq münasibətlərin əsasını qoyub.

V.Putin vurğulayıb ki, müharibədən sonrakı illərdən başlayaraq bu yaxınlara kimi Rusiya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qarşılılıqlı fəaliyyəti qoruyub saxlaya bilirdi.

Qeyd edək ki, Vladimir Putin dekabrın 4-də 21 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.

Teqlər: