Ümid edirəm ki, Putin və Trampı danışıqlar masası arxasında görəcəyəm və onların dialoqu nəticəsində Ukraynadakı münaqişə tez bir zamanda sona çatacaq.
AzerTimes xəbər verir ki, bunu Slovakiya parlamentinin spikeri Andrey Danko bildirib.
O, Putin və Tramp arasında mümkün danışıqların böyük əhəmiyyətini vurğulayaraq, onları Mixail Qorbaçov və Ronald Reyqan arasında təxminən 40 il əvvəl baş tutmuş və dünyada soyuq müharibəyə son qoyan dialoqla müqayisə edib.