Ümid edirəm ki, Bakı ilə Tokio əlaqələri genişlənəcək

Ümid edirəm ki, Bakı ilə Tokio əlaqələri genişlənəcək

Otuz il bundan əvvəl sentyabrın 7-də Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Biz bu gün bu mötəbər günün 30-cu ildönümünü qeyd edirik. Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirilir.

AzerTimes xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada deyib.

“Bu ötən illəri yad etsək, qeyd edə bilərəm ki, 30 il ərzində bir sıra sahələrdə bizim çoxlu uğurlu əməkdaşlığımız olub. Bu məni çox sevindirir. Bütün bunlar qısa zamanda hər iki ölkənin birlikdə gördüyü əməkdaşlığının nəticəsidir. Ümid edirəm ki, bizim bu gözəl əlaqələrimiz daha da genişlənəcək”, – deyə səfir qeyd edib.

Teqlər: