Rusiya Federasiyasının Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerova qarşı sui-qəsd cəhdi barədə məlumat yayıb.
AzerTimes Rusiya mediasına istinadla xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
“Kiyevdə onun yanında partlayıcı qurğu işə salınıb, naziri təcili yardım maşını ilə aparıblar. Xəstənin vəziyyəti hələlik məlum deyil”, – Roqov qeyd edib.
Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.