Umerov və Ostin son döyüşləri müzakirə etdi

Umerov və Ostin son döyüşləri müzakirə etdi

Ukrayna müdafiə naziri Rüstəm Umerov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tərəflər Ukraynada döyüş meydanında gedişatı və Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 23-də keçiriləcək virtual görüşünü müzakirə ediblər.

“Nazir Ostin bir daha təkrar etdi ki, ABŞ və alyansın 50-yə yaxın üzvü və tərəfdaşından ibarət koalisiyamız Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiqdirlər”, – o əlavə edib.

Teqlər: