Umerov və Budanov istefa verəcək – KİV

Umerov və Budanov istefa verəcək – KİV

Ukraynanın müdafiə naziri Rüstəm Umerov və Baş Kəşfiyyat İdarəsinin (GUR) rəisi, general-leytenant Kirill Budanov tutduqları vəzifələrdən azad oluna bilərlər.

AzerTimes xəbər verir ki, məlumatı Ukraynanın “Strana” nəşri yayıb.

Bildirilib ki, GUR-a Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, Budanovun keçmiş müavini Oleq İvaşçenko rəhbərlik edəcək. R. Umerov isə İvaşçenkonun yerinə kəşfiyyat rəhbəri təyin oluna bilər.

Müdafiə nazirinin yerinə isə hələlik namizəd yoxdur.

Teqlər: