ABŞ müdafiə naziri Lloyd Ostin və Ukrayna müdafə naziri Rüstəm Umerov arasında telefon danışığı olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri X hesabında paylaşım edib.
“Amerikalı həmkarımı döyüş meydanındakı vəziyyətlə bağlı məlumatlandırdım. Ukraynanı ATACMS-la təmin etdiyi üçün ABŞ rəhbərliyinə və müdafiə naziri Ostinə təşəkkür etdim. Bu silahın verilməsi döyüş meydanında fərq yaradır”, – paylaşımda qeyd edilib.