Aparıcı, aktrisa Ülviyyə Xəlilbəyli ARB telekanalı ilə yollarını ayırıb.
AzerTimes xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“Mənim üçün doğma olan ARB kanalı ilə yollarımızı ayırdıq. İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım. Hər kəsə uğurlar, sizi sevirəm”, – aparıcı bildirib.
Xatırladaq ki, Ülviyyə “O üz” verilişinin aparıcısı idi.