Ulu öndər Heydər Əliyevin Qarabağı azad görmək arzusu reallığa çevrildi – Deputat

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Birinci xanım Mehriban Əliyeva Füzuli və Şuşa şəhərində səfərdə
oldular. Bu səfər eyni zamanda böyük rəmzi məna daşıyırdı, çünki
mayın 10-u ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il
dönümü idi. Ümummilli lider Heydər Əliyev həmişə Qarabağı azad
görmək istəyirdi və bu gün ulu öndərin bu arzusu artıq reallığa
çevrilib.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi ulu
öndər Heydər Əliyevin siyasətində ən başlıca hədəf idi.

“Heydər Əliyev hər zaman torpaqlarımızın işğaldan azad
ediləcəyinə böyük inam bəsləyirdi və bu yolda var gücü ilə
çalışırdı. Məhz bunun üçün ümummilli liderimiz dəqiq məqsədlər
müəyyən etmişdi. Ulu öndər dəqiq bilirdi ki, torpaqlarımızın
işğaldan azad edilməsi üçün ilk növbədə Azərbaycanın güclü
iqtisadiyyatı və ordusu olmalıdır. Bu baxımdan, Heydər Əliyev ordu
quruculuğuna böyük diqqət yetirirdi. Ulu öndərin tutduğu yol
Azərbaycana böyük uğurlar qazandırdı.

Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək tarixi
zəfərlərə imza atdı. 44 günlük Vətən müharibəsində qazanılmış
tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və
Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi
milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün
Şuşada qürurla dalğalanan milli bayrağımız bu uğurlu strategiyanın
məntiqi nəticəsidir”, – deyə deputat əlavə edib.

O qeyd edib ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə
nəhəng bərpa və quruculuq işləri həyata keçirilir. “Cənab Prezident
İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva bu səfər
çərçivəsində bir sıra təməlqoyma tədbirlərində iştirak etdi,
görülən işlərlə yaxından tanış oldular.

Füzuli şəhər Peşə Liseyinin yaradılması, yeni parkın salınması,
180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin
qoyulması, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, Şuşa Realnı
Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə tanışlıq və
digər tədbirlər azad edilmiş ərazilərdə bərpa və qürücülüq
işlərinin sürətlə davam etdiyini göstərir.

Bütün bu işlər “Böyük Qayıdış”ın daha da yaxınlaşdırılması üçün
aparılan işlərin tərkib hissəsidir. İnsanlarımızın öz doğma
yurdlarına dönməsi və layiqli həyat şəraitinin yaradılması üçün
bütün zəruri işlər görülür. 30 ilə qədər erməni vandallarının
işağlı altında qalmış, dağıdılmış ərazilərimiz yenidən dirçəlir və
nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən birinə
çevriləcək”, – deyə A.Həsənova əlavə edib

Teqlər: