Xalqımızın ümummilli lideri Heydər Əliyev misilsiz xidmətlərinə
görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu
dahi insan öz işləri ilə hələ sağlığındaikən tarixin yaddaşında
əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan salnaməsində
təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi
qalıb. Ulu Öndər Azərbaycanı dünyaya tanıdıb. Heydər Əliyevin
parlaq dühası onu Azərbaycan xalqının Ümummilli Liderinə, üstəlik,
dünya siyasətinin nəhənglərindən birinə çevirib. “Mənim həyat
amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına
xidmət olub”, – deyən Heydər Əliyev bütün dövrlərdə qüdrətli
Azərbaycan uğrunda çalışıb. Dahi siyasi xadimin xidmətləri
sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi
ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə
çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya
əsasını təşkil edib. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda
demokratik cəmiyyətə keçid mexanizmini yaradıb, o, vətənpərvər
cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla
gəlib. Onun Azərbaycana rəhbərlik illəri tariximizdə milli intibah
dövrü kimi əbədiləşib.
AzerTimes-ın məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Uulu öndər Heydər Əliyevin anadan
olmasinin 99-cu ildönümüdür” mövzusunda aparılan müzakirələr zamanı
bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – ehtiyatda olan
polkovnik Şair Ramaldanov, siyasi elmlər üzrə fəlsəfə doktoru
Fərhad Hüseynov, Milli Məclisin deputatları Sevil Mikayılova və
Jalə Əliyeva mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: