Neftçala rayonunda Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin
99-cu doğum günü böyük tən-tənə və coşquyla ictimaiyyət
nümayəndələri ilə birlikdə qeyd olunub.
AzerTimes xəbər verir ki,
tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən
Seyidov, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının,
idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən
müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak
edib.
İlk öncə Ümummili liderimiz Heydər Əliyevin, Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad olunub və Azərbaycan Respublikasının Himni oxunub.
Tədbirdə çıxış edən natiqlər qəlbi daim vətən eşqi ilə döyünən,
bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt
sınaqlarından yüksək məharətlə çıxaran, hər bir çətin vəziyyətdən
ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan
tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən
demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin
qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz
xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını
yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə
əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət
müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir
ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ
ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində
respublikamıza birinci rəhbərliyi dövründə formalaşıb. Onun istefa
verdiyi vaxtdan – 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda
növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranan
özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin
xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət
etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi
sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal
olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və
müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi
şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından
sonra hər şeyin müsbətə doğru dəyişdiyi vurğulanıb.
Neftçala RİH başçısı Mirhəsən Seyidov çıxış edərək Ulu Öndər
Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu
vurğulayıb və Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə
Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas olub, ölkənin
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində əsaslı dönüş yaranıb. “Ümummilli lider Heydər Əliyevin
qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın
əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti,
əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə
yaşadılması dayanır.” Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu
daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli
möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm
qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla
30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba
torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilib.
Millətinə xidməti həyat amalına çevirən Prezident İlham Əliyevin
verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir
azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib və xalqın sonsuz
məhəbbətini qazandığını vurğulayıb.
Tədbir Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon
Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam edib.